Türkiyə MTŞ: Ankara Vaşinqtonun təhdid dilini qəbul etmir

Türkiyə Birləşmiş Ştatların təhdid dilini qəbul etmir. Rəsmi Vaşinqtonun bu cür davranışı ölkələr arasındakı müttəfiqlik münasibətlərinə uyğun deyil.
Minval.İnfo “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) yaydığı bəyanatda bildirilir.
“ABŞ tərəfindən Türkiyənin ünvanına istifadə edilən təhdid dili hörmətsizlikdir və bu, tamamilə yolverilməzdir”, – deyə bəyannamədə bildirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

