Türkiyənin məşhur müğənnisi Bakıda – Fotolar
Türkiyənin məşhur müğənnisi Sibel Can Bakıya gəlib.
Minval.info xəbər verir ki, məşhur ulduzu Heydər Əliyev Hava Limanında konsertin təşkilatçısı Ruhi Əliyeva, media nümayəndələri və fanatları qarşılayıb. Azərbaycanı çox sevdiyini deyən müğənni bu gün Bakını gəzəcəyini, Azərbaycanın milli yeməklərini dadacağını deyib.
R. Əliyeva isə Sibel Canı çox sevdiyini, onun konsertini 8 Martda Azərbaycan qadınlarına sürpriz etdiyini bildirib.
Qeyd edək ki, sabah Sibel Can Bakı Konqres Mərkəzində konsert verəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22




