Türkiyənin məşhur qrupu Bakıya gəlir
Türkiyənin məşhur qrupu “Duman” Bakının qonağı olacaq.
Musavat.com xəbər verir ki, məşhur rok qrupu 1 may 2022-ci il tarixində Bakı Konqres Mərkəzində heyranlarının qarşısına çıxacaq.
Qeyd edək ki, ən son 2019-cu il Bakıda 3000-dən çox pərəstişkarına musiqi dolu saatlar yaşadan “Duman” “Event Office” və “Atlantis”in təşkilatçılığı ilə ölkəmizə gəlir.” Cem Adrian, Ceza, Hasan Can Kaya kimi məşhur bir çox adı Azərbaycana gətirən “Event Ofice” 2022-ci ildə Türkiyənin hələ bir çox məşhurlarının Bakıda konsertlərini reallaşdıracaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22


