Türkiyə ordusu 2 şəhid verdi
Türkiyənin Hakkari vilayətinin Çukurca qəsəbəsində terrorçuların yerləşdirdiyi mina partlayıb.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə 2 hərbçi, Tolqa Pəhləvan və Anıl Yalap şəhid olub, 1 nəfər isə yaralanıb. Yaralı əsgər helikopterlə xəstəxanaya çatdırılıb.
Ərazidə irimiqyaslı əməliyyata start verilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

