Türkiyə parlamentinin spikeri Bakıya gəlir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop 18-19 dekabr tarixlərində Bakıya rəsmi səfər edəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Trend Türkiyə parlamentindəki mənbəsinə istinadən xəbər verib.
“Mustafa Şəntop Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) doqquzuncu plenar iclasında iştirak edəcək”, – mənbə bildirib.
Qeyd edilir ki, Bakıya səfəri çərçivəsində Şəntop ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

