Türkiyə qırıcıları İraqın şimalına zərbələr endirib: 4 terorçu məhv edilib
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İraqın şimalındaki Qara və Avaşin-Basyan rayonlarında yerləşən PKK obyektlərinə zərbələr endirib.
HİT.Az-ın xəbərinə görə, məlumatı cümə günü Türkiyə Milli Müdafiə Nazirliyi Twitter hesab;nda yayıb.
Aviazərbələr nəticəsində dörd terrorçu məhv edilib. PKK mənsublarının yeri pilotsuz uçan aparatlar vasitəsi ilə təyin olunduqdan sonra HHQ komandanlığına verilib.
“Əməliyyatlar sonuncu terrorçu məhv edilənə dək davam edəcək”, – deyə m’lumatda qeyd olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

