Türkiyə Super Kuboku uğrunda oyun Qətərdə keçiriləcək
Türkiyə Super Liqasının son çempionu “Beşiktaş”la ölkə kubokunun finalçısı “Antalyaspor” arasında Superkubok oyunu Qətərdə keçiriləcək.
Minval.info Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2022-ci il yanvarın 5-də paytaxt Dohadakı “Əhməd Bin Əli” stadionunda oynanılacaq.
Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

