Türkiyəyə hücuma hazırlaşan terrorçular məhv edildi
Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalında antiterror əməliyyatları keçirib.
Avropa.info xəbər verir ki, Zap və Haftanın bölgələrinə dünən başlayan əməliyyatlarda terror təşkilatının 5 üzvü məhv edilib.
Xəbər verilir ki, məhv edilən terrorçular Türkiyəyə qarşı terror aktı planlaşdırırmış.
Hava hücumu həyata keçirən TSQ terror təşkilatına məxsus sığınacaq, silah və sursat anbarlarını məhv edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

