Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) Azərbaycan bankları vasitəsilə ianələrə komissiya tutulmur.
Bakupost.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən banklar bununla bağlı birgə qərara gəlib.
Qərara əsasən, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

