Türkiyə yığması Avropa çempionatında üçüncü oldu

Voleybol üzrə Türkiyənin qadınlardan ibarət milli komandası Avropa Çempionatında üçüncü yeri tutub.
“Minval.info” xəbər verir ki, bürünc medal uğrunda qarşılaşmada Türkiyə komandası Niderlanda 3-0 hesabı ilə qalib gəlib.
Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən qarşılaşmanın birinci seti 25-20 hesabı ilə başa çatıb.
İkinci set 25-20, üçüncü set isə 25-23 hesabı ilə yekunlaşıb.
Mənbə: “Haber Global”
XƏBƏR LENTİ
2025/11/19 14:22

