Türklərdən növbəti əsgər salamı – Bu dəfə Parisdə – FOTO
Avro-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə heç-heçə edən (1:1) Türkiyə millisi növbəti dəfə əsgər salamı ilə diqqət çəkib.
Türklər bunu matçın 81-ci dəqiqəsində Kaan Ayhanın bərabərlik qolundan sonra edib. “Ay-ulduzlular” Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq bu addımı atıblar.
Xatırladaq ki, Türkiyə millisi seçmə mərhələnin bundan əvvəlki oyununda – Albaniya ilə görüşdə də (1:0) əsgər salamı veriblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

