Türkmənistan kəndliləri pullarını bankomatdan çıxarır və… – VİDEO

Türkmənistan televiziyasında icarədarların dövlətə təhvil verdikləri buğda məhsuluna görə onlara çatacaq pulu bankomatlardan çıxarmaları ilə bağlı videosüjet yayımlanıb. Kadrlardan göründüyü kimi, bankomatdan pul çıxaran hər kəs, bir nəfər kimi, pulu üç dəfə alnına yaxınlaşdırır.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, əslində Türkmənistanın ən iri şəhərlərində belə bankomatlardan nağd pul çıxarmaq böyük problemdir. Kənd yerlərində isə bankomatlar, ümumiyyətlə, yoxdur.

Eyni zamanda, kənd rayonlarındakı mağazalarda post-terminallar yox dərəcəsindədir və nağdsız alış-veriş etmək mümkünsüzdür.

Qeyd olunur ki, bank hesablarına dövlətdən təhvil verilmiş buğda və ipəkqurduna görə 1000 manatdan 3000 manata qədər pul almış kəndlilər nağd pul çıxarmaq üçün rayon mərkəzlərində bir neçə sutka növbə gözləməli olurlar. Lakin bu zaman da pulun hamısını çıxarmaq olmur.

Misal üçün, Marıy vilayətində bankomatlardan ancaq 200-400 manat nağd pul çıxarmaq olar. Sakinlərin sözlərinə görə, bəzən 800 manat da çıxaran olur, lakin belə hallar nadirən baş verir.

“Növbədə səndən əvvəl 15-20 nəfər varsa, çətin ki, sənə qədər bankomatda pul qalsın, – Taxtabazar ətrafındakı (inzibati ərazi vahidi – red.) kəndlərdən birinin sakini deyir. – Pul ala bilməyənlər bütün gecə gözləyir və ümid edirlər ki, səhər tezdən pullarını çıxara biləcəklər. Bank əməkdaşları ertəsi gün nahardan sonra gəlməyi məsləhət görürlər. Lakin növbəsini itirməkdən qorxan camaat bankomatın yanından çəkilməməyi üstün tutur”.

Nağd pulla bağlı bu problem üzündən bir çox rayonlarda və kəndlərdə “nisyə dəftəri” adi haldır – insanlar mağazalardan, bazardan zəruri ərzaq mallarını alır, pulunu isə bankomatdan nağd pul çıxaran zaman ödəyirlər. Lakin bəzi satıcılar borc həddən böyük məbləğə çatanda mal satmaqdan imtina edirlər.

Bu vəziyyətdən qazanan yeganə sənət sahibləri isə taksi sürücüləridir. Belə ki, rayonlarda yaşayanlar Aşqabada gedən taksi sürücülərindən pullarını bankomatdan çıxarmağı xahiş edirlər. Sürücülərin bu xidmətinin qiymətini isə hamı bilir – bankomatdan çıxarılan hər 500 manatdan 10 manat onların payıdır…

Maraqlı

Nəşr edilib: 2019/06/27 18:10

Baxış: 511


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06