Türkmənistan Prezidentinin ölüm xəbəri ilə bağlı – Açıqlama
Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini təkzib edib.
Minval.info xəbər verir ki, bu barədə TASS agentliyinə səfirlikdən bildirilib.
“Bu, tamamilə yalandır. Biz bu məlumatı təkzib edirik”, – deyə, səfirliyin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, bəzi xarici KİV-lər məzuniyyətdə olan Qurbanqulu Berdiməhəmmədovun vəfat etməsi ilə bağlı xəbər yayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

