Türkmənistanda qadınlara gözəl görünmək qadağan olundu

Türkmənistanın paytaxtı Aşqabadda mart ayından etibarən dövlət qurumları və təşkilatlarında qadınlara iş yerinə cəlbedici geyimdə gəlmək qadağan olunub.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, qadağalar arasında dırnaq üçün lakdan və qızıl-zinət əşyalarından istifadə var.
Büdcə tərəfindən maliyyələşən sahələrdə çalışan qadınlara dırnaq və kirpik uzatmaq, həmçinin saç boyamaq da qadağan olunub.
Bundan başqa qeyd edilir ki, hazırda paytaxtda qadınlar gözəllik salonlarına getmirlər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

