TURKOVAC-ın bu tarixdən kütləvi istehsalı gözlənilir

“Yerli peyvəndimiz olan TURKOVAC-ın təcili istifadə üçün müraciət mərhələsinin vaxtı çatıb”.
“Minval.info” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, müraciət təsdiqlənərsə, oktyabrda TURKOVAC-ın kütləvi istehsalına başlanılacaq:
“Hamını peyvəndləmədə birlik və bərabərliyə dəvət edirəm. Yerli peyvəndimiz bu gün ikinci müəssisədə kütləvi istehsal ediləcək infrastruktura sahib olub. Təsdiqlənərsə, oktyabr ayında kütləvi istehsalına başlayacağıq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

