“Türmədən çıxan molla, ekstrasens olur” – Zirəddindən qalmaqallı sözlər
Aparıcısı Tarix Əliyev (Tolik) olan “Hər şey daxil” verilişinə telefonla bağlanan ekstrasens Zirəddin Rzayev bəzi falçılar barəsində qalmaqallı sözlər deyib.
Minval.info xəbər verir ki, Zirəddin həbsxanadan çıxanların mollalıq etdiyini deyib:
“Bir psixoloq kimi deyə bilərəm ki, bu gün Azərbaycanda mollaların, din xadimlərinin 80 faizinin təhsili yoxdur. Zindandan çıxan, həyati problemlərlə qarşılaşan çox insan özünü ekstrasens, görücü, falçı kimi qələmə verib, xalqın inamından istifadə edir.
İstedadsız, səsi olmayan müğənni kimi oxuyur, onları efirdə göstərirlər. Müğənnilərdə olduğu kimi din xadimlərinə, belə adamlara ciddi nəzarət olmadığı üçün, onlar özlərini görücü kimi qələmə verirlər”.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

