UEFA Çempionlar Liqasının qalibini elan etdi
Mayın 26-da Madridin “Real” klubu ilə üz-üzə gəlməli olan “Liverpul” UEFA-nın saytında Çempionlar Liqasının qalibi kimi təqdim olunub.
Oxu.Az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Səhvi moderatorlar bir müddətdən sonra aradan qaldırsa da, “@BlueCarefree” adlı istifadəçi həmin məlumatın skrinşotunu “Twitter”də paylaşıb.
“UEFA artıq “Liverpulu” qalib elan etdi”, – deyə istifadəçi qeyd edib.
Minval.info xatırladır ki, püşkatma baş tutmadan öncə “Roma”-“Liverpul” matçının biletləri satışa çıxarılmışdı. Bu da bir daha final matçını şübhə altına salır.
Qeyd edək ki, final matçı mayın 26-da Kiyevin “Olimpiya” stadionunda keçiriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

