UEFA-dan ÇL ilə bağlı mühüm dəyişiklik
UEFA Çempionlar Liqasında mükafat sistemini dəyişmək niyyətindədir.
Minval.İnfo goal.az-a istinadən xəbər verir ki, komandalar turnirdəki əvvəlki uğurlarına görə də mükafat əldə edəcəklər. Məlumata görə, mükafat fondu 4 kateqoriyadan ibarət olacaq. Mükafatın 30 faizi klubların ÇL tarixindəki uğurlarına görə veriləcək. Bunun üçün də komandaların ÇL tarixindəki çıxışları nəzərə alınmaqla, reytinqləri müəyyənləşəcək.
Çempionlar Liqasının ümumi mükafat fondunun 1,9 milyard avro olacağı gözlənilir.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

