UEFA Ronaldunun qırmızı vərəqəsi ilə bağlı qərar verdi – VİDEO
“Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup oyunu çərçivəsində “Valensiya”ya qarşı keçirdiyi qarşılaşma zamanı aldığı qırmızı vərəqəyə görə bir oyunluq diskvalifikasiya edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı UEFA məlumat yayıb.
Qarşılaşmanın baş hakimi oyunun 29-cu dəqiqəsində köməkçisi ilə məsləhətləşdikdən sonra portuqaliyalıya birbaşa qırmızı vərəqə göstərib. Ronaldo ispan klubunun müdafiəçisi Ceyson Murilo ilə toqquşmadan sonra cəzalandırılıb. Həmin qarşılaşmada “Yuventus” 2:0 hesabı ilə qələbə qazanıb.
Bununla da Ronaldo yalnız “Young Boys” ilə oyunu buraxmalı olacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

