Ukrayna hərbçiləri Donbasda minaya düşüb, 2 əsgər ölüb, 2-i yaralanıb
Bu gün Ukrayna hərbçiləri Donbasda minaya düşüb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə səhər saat 08.25 radələrində Sçastye yaşayış məntəqəsində baş verib.
Ukrayna Müdafiə Nazirliyi partlayış nəticəsində 2 hərbçinin öldüyü, 2 hərbçinin yaralandığını açıqlayıb.
Yaralı hərbçilərin həyatı üçün təhlükə yoxdur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

