Ukrayna polisi azərbaycanlı “qanuni oğrunu” ölkədən çıxarıb
Ukraynanın polis əməkdaşları Dato Ağcabədili ləqəbli “qanuni oğrunu” saxlayıblar.
Kriminal aləmdə məşhur olan 43 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Cəmil İltizaroğlunun Ukraynaya 5 il müddətinə girişi qadağan edilib.
Lvovun Cinayət Axtarış İdarəsinin rəisi Serqey Boqdanovun sözlərinə görə, saxlanılan şəxs Ukrayna ərazisində qanunsuz yaşayıb:
“Həmin vətəndaş İnzibati Məcəllənin 203-cü (“Vətəndaşlığı olmayan əcnəbilərin Ukrayna qaydalarını pozma”) maddəsi üzrə protokol tərtib edilib və onun beş il müddətinə ölkəyə girişi qadağan edilib”. (oxu.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22

