Ukrayna xarici ölkələrdən kömək istəyib – FOTO
Bu gün səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna silah tədarükü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Musavat.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko silah tədarükünü artırmağı xahiş edib.
“Zəhmət olmasa onlayn olaraq öldürülməyimizi izləməyin. Bu şou deyil. Bu bizim həyatımızdır, milyonlarla həyatdır”, – deyə Qerraşenko tvitterdə yazıb.
Anton Qeraşşenko müraciətində dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri xahiş edib: “Zəhmət olmasa qalib gəlməyimizə kömək edin. Bizə sağ qalmağa kömək edin. Gecikmələr insan ölümünə səbəb olur”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

