Ukraynada hücumlar zamanı 167 uşaq ölüb
Ukrayna Baş Prokurorluğu müharibədə həlak olan uşaqların yeni sayını açıqlayıb.
Bakupost.az xəbər verir ki, məlumata görə, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində 167 uşaq ölüb, 279-u isə yaralanıb.
Həmçinin qeyd olunur ki, Rusiyanın bombardmanları nəticəsində 927 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83 tamamilə dağılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

