Ukraynada ötən gün 239 nəfər koronavirusdan ölüb
Ukraynada ötən gün 4 478 nəfərdə COVID-19 aşkarlanıb.
Minval.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada 1 660 nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirilib, 239 nəfər vəfat edib, 9 082 nəfər isə sağalıb.
Qeyd edək ki, Ukraynada indiyədək 3 501 955 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 3 059 741 nəfəri sağalıb, 88 519 nəfər isə ölüb. Ölkədə indiyədək 16 milyondan çox koronavirus testi götürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

