Ukraynada rus soyadları dəyişdirilir
Ukraynada rus soyadlarının yazılışı dəyişəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ukrayna dilinin yazı qaydaları” redaksiyası qərar çıxarıb. Yeni qaydalara əsasən, “ой” (-oy) sonluğu ilə bitən soyadlar “ий”lə (-iy)əvəz olunacaq. Antroponimlərdəki “ск(ий)”, “цк(ий)” sonluqlarına yumşaq səs əlavə ediləcək.
Məsələn, “Донской” (“Donskoy”) sözü “Донський” (“Donskiy”) şəklində yazılacaq. Siyahıda “Толстой” (“Tolstoy”) soyadı istisna təşkil edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

