Ukraynalı turistlər Türkiyədə qəzaya düşdülər – 1 ölü, 35 yaralı

Türkiyənin Muğla vilayətində ağır yol qəzası baş verib.
“Minval.info”nun “Hürriyet”ə istinadən məlumatına görə, Bodrumdan yola çıxan və içərisində ukraynalı turistlərin olduğu avtobus Muğla-Denizli avtomobil yolunda şagirdlər üçün nəzərdə tutulan xidmət avtobusu ilə toqquşub.
Nəticədə, avtobusun sürücüsü hadisə yerində dünyasını dəyişib. Bununla yanaşı, 35 nəfərin yaralandığı bildirilir.


XƏBƏR LENTİ
2025/11/19 14:22

