“ultrAslan” Xocalını unutmadı – FOTO
Türkiyənin milyonlarla üzvü olan azarkeş qrupu Xocalını unutmadı
Minval.İnfo xəbər verir ki, qardaş ölkənin ən nüfuzlu futbol klubu olan “Qalatasaray”-ın azarkeş qrupu “ultrAslan” Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Belə ki, azarkeş qrupunun 3 milyon izləyicisi olan rəsmi facebook səhifəsində hər iki ölkənin bayrağı olan foto paylaşılaraq bunlar yazılıb:
“26 il öncə alçaqca gərçəkləşdirilən Xocalı qətliamında itirdiyimiz qardaşlarımızı rəhmət və sayqı ilə anırıq. Unutmayacağıq!”
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


