Universitetin qarşısında meyit tapıldı
Bakıda naməlum kişi meyiti tapılıb.
Aprelin 18-i saat 20 radələrində Mədəniyyət və İncəsənət Universitetinin qarşısındakı yeraltı piyada keçidinin girişində 55-60 yaşlarında kişi meyiti tapılıb.
Meyitin üzərində xəsarətlər aşkar olunmayıb. Yasamal rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, meyitin daxili müayinəsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Qafqazinfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

