Unudulmaz hakimlər seriyasından daha biri – 30 il öncə…

Adamı yandıran futbol, idman məğlubiyyəti deyil, əslində. İdman qələbəsi və məğlubiyyəti simvolik şeydir, türkün sözü, həyat-məmat məsələsi deyil (təbii ki, məşqçilər və idmançılar üçün qələbə həyati vacib məsələdir).

Adamı yandıran hakimlərin etdiyi haqsızlıq, ədalətsizlikdir. Hiss edirsən ki, bu gün adi bir idman oyununda sənin qolunu tutub rəqibinə uduzduranlar yeri gələndə, ölüm-dirim müharibəsində də eyni şeyi edəcəklər, düşmənin tərəfində durub səni uduzduracaqlar.

Adamı yandıran budur, yoxsa bir yumru şey diyirlənib iki dirəyin, bir tirin altında tora dəyəcək… Boş şeydir. Hər gün dünyada minlərlə elə hadisə olur, “fənərbağça”lılar və “qalatasaray”lılar xaric, heç kim bunu ürəyinə salıb kədərlənmir.

Adamı yandıran dünən “Qarabağ”ın 0:4 hesabıyla uduzması olmadı. Bundan əvvəl də komandamız həmin komandaya 0:6 hesabıyla uduzmuşdu, nə futbolçulara, nə də Qurban qardaşa bir söz deyən olmamışdı. “Qarabağ”ın məölub olacağını yenə də gözləyirdik. Hətta “yaxşı qurtardıq” demək olar, çünki “Çelsi” qol vəziyyətlərinin yarısından istifadə etsəydi, qolların sayı 10-u aşardı.

Adamı yandıran o oldu ki, hər gün futbol matçlarında cərimə meydançasında yüzlərlə belə epizod olur və heç birində penalti və qırmızı kart verilmir. Əsasən sarı kart verilir, o da yıxılıb hakimdən penalti tələb edən hücumçuya – simulyasiyaya görə.

Adamı yandıran həm də o oldu ki, bundan iki oyun əvvəl bizim forvardımız Dino daha sərt kobudluqla üzləşmiş, yıxılmışdı və komandası nəinki penalti vurmaq imkanı qazanmamışdı, hətta hakim Dinoya ikinci sarı kart vermişdi və “Qarabağ” azlıqda oynamışdı.

Adamı yandıran bir nüans da ikinci penalti epizodu ilə bağlıydı. Yenə hər oyunda 15-20 o cür epizod olur, futbolçular daima bir-birini çiyinlə, əllə, qolla itələyir, dartışdırırlar. Əgər müdafiəçi hücumçunu danaboyun eləyib yıxmayıbsa, penalti verilmir, adına “oyun epizodu” deyib keçirlər. Elə olmasa, futbol oynamaq mümkün olmaz, komandalar eləcə penallaşarlar – hər oyunda hər qapıya 10-15 penalti. Kim daha sərrast vurar, o qazanar.

Yadigar Sadiqov adlı şəxsin şəkli.

Adamı yandıran elə epizodlardan biri 30 il öncədən xatirimdə qalıb. O hadisə hafizəmdə bu qədər dərin iz buraxıbsa, demək, “yanıq xəsarəti”ciddiymiş (müəllif burada gülüş işarəsi olaraq 7 bağlanan mötərizə işarəsi qoymaq istəyir, yadına düşür ki, bu feysbuk səhifəsi deyil). 1987-ci ilin mart ayının 29-u idi. SSRİ çempionatının güclülər dəstəsində 3 oyun uduzandan, ikisini heç-heç edəndən sonra zor-bəla bir oyunda qələbə qazanan doğma, əziz “Neftçi”miz gedib Kiyevdə “Dinamo”ya dirəşmişdi. “Dinamo”nun əjdaha vaxtlarıydı, ötən il UEFA çempionu olmuşdu, heyətində Çanov, Belanov, Zavarov, Demyanenko, Mixayliçenko, Rats, Baltaça, Bal, Kuznetsov, Yevtuşenko, Bloxin kimi SSRİ yığmasının üzvü olan oyunçular vardı. Di gəl, bu əjdaha komanda “Neftçi”nin qabağında əsir-yesir qalmışdı. Bizdə də heyətdə İsgəndər Cavadov, İqor Ponomoryov, Maşallah Əhmədov, Vəli Qasımov, Pançik, Prokopenko, Jidkov kimi oyunçular vardı. Oyunun birinci hissəsi 0:0 bitdi. İkinci hissəinin əvvəlində, 49-cu dəqiqədə İsgəndər Cavadov hesabı açdı, “Neftçi” 1:0 önə keçdi. Kiyevlilər də dəli oldu, beloruslu hakim V. Juk da. Hakim hələ birinci hissədə görmüşdü ki, “Dinamo” futbolçularının əlindən bir iş gəlmir, belə getsə, uda bilməyəcəklər, götürüb qapımıza bir penalti təyin etmişdi, Mixayliçenko vurmuş, Jidkov zərbəni dəf etmişdi. Oyunun 76-cı dəqiqəsi idi, “Dinamo” uduzurdu. Juk qapımıza ikinci penaltini təyin etdi. 77-ci dəqiqədə Belanov penaltini vurdu, qol oldu, elə sevindi ki, az qaldı, qazonu yesin. Oyun demək olar ki, 1:1 hesabıyla başa çatmaq üzrəydi, Juk 90-cı dəqiqədə “Neftçi”nin qapısına üçüncü penaltini verdi. Belanov işin çəmini tapmışdı, vurdu, qol oldu, oyun bitdi.

Adamı yandıran nəticənin bizim üçün yeganə təsəllisi o oldu ki, həmin axşam sovet ölkəsinin 250 milyonluq əhalsinin hamısının baxdığı “Vremya” proqramının idman bölümündə şərhçi Pereturin (bəlkə də Maslaçenko) bu hadisəyə ironiya etdi (yəqin ki, “Spartak”ı çox istədiklərinə görə), gülə-gülə dedi ki, bu gün Kiyevdə “oyunsonrası penaltilər seriyası”na bənzəyən bir haqq-hesab olub.
Baxın, bu hadisənin üstündən 30 il keçib, amma mən və yüz minlərlə azarkeş onu, eləcə də hakim Juku unutmamışıq.
Adamı yandıran Manuel de Souzanı da, Zelinkanı da unutmayacağıq, amma belə götürəndə bunlar boş şeydir, pafoslu çıxsa da, cəhənnəmə çıxsın, əsas odur ki, Qarabağı unutmayaq, bizi ermənilərə uduzduran hakimləri, vasitəçiləri unutmayaq.

Rubrikasız

Nəşr edilib: 2017/11/23 16:47

Baxış: 232


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06