Uşağa ölümü necə izah etmək lazımdır?

Adətən uşaqlar 3 yaşından başlayaraq valideynlərinə suallar verməyə başlayır. Valideynlərin qarşısında aciz qaldığı suallar ölüm haqqında verilən suallardır. Verilən yanlış cavab uşağa psixoloji travma vura, ölüm qorxusu yarada bilər.

Bəs, uşağın psixologiyasını zədələmədən onun ölüm haqda verdiyi sualları necə cavablamaq lazımdır?

Mövzu ilə əlaqədar pedaqoq Lalə Məhərrəmliyə müraciət etdik. Musavat.com-a danışan pedaqoq bildirir ki, hər uşağa individual yanaşma olmalıdır: “Uşaqlar fərqlidir. Bəzisi sadəcə bir sualla kifayətlənsə də, bəzisi çox həssas davranıb dərinliyinə qədər soruşa bilər. Uşaqlar kiminsə ölümünün şahidi olmasalar belə müəyyən yaş dövründə ölüm haqqında sual verməyə başlayırlar. Amma yenə də biz konkret vəziyyət üzərində dayanaq. Məsələn, evdə baba rəhmətə gedib. Bu vəziyyəti uşağa necə izah etməli? Əvvəla onu deyim ki, ölüm haqqında uşağa danışarkən dürüst olmalı, uşağın başa düşəcəyi sadə cümlələrdən istifadə etməli, prosesi dərinliyi ilə izah etməməlisiniz. Bəzən yanlış olaraq uşağa baba, ya nənə “uzağa gedib, qayıtmadı” və ya “yatıb” deyilir. Bunlar uşaqda dərin qorxu hissi yarada bilər. O yatmaqdan qorxa və ya qapıdan çıxan hər ailə üzvünün geriyə qayıtmayacağını düşünə bilər. Uşağa əsla “sən heç vaxt ölməyəcəksən” deyə aldadıcı təsəlli də vermək olmaz”.

L.Məhərrəmli tövsiyə edir ki, uşağa ölümü izah edərkən dürüst olmaq lazımdır: “Çünki o bu haqda hər yerdə eşidə bilər. Ona hər kəsin öləcəyini, amma bunun tez baş verməyəcəyini izah edin: “Mənim balam, biz birlikdə hələ çox gözəl günlər yaşayacağıq. Hələ sən nənə (baba) olacaqsan, nəvələrin olacaq”. Sağlam və xoşbəxt yaxın yaşlı qohumlardan da nümunə gətirə bilərsiniz. Rəhmətə gedən gəncdirsə, ölümün həm də xəstəlikdən və ya hər hansısa bədbəxt hadisədən baş verdiyini də deyin. Bunun üçün insanların öz sağlığına diqqət etməli və təhlükələr zamanı ehtiyyatlı olmalı olduğunu da əlavə edin. Uşaq bir müddət sizə tez-tez “Yıxılanda adam ölür?”, “Qrip olanda adam ölür?”, “Başım bura dəysə ölərəm?” kimi suallar verəcək. Narahat olmayın, qısa və konkret cavab verin. Məsələn belə: “Başın bura yüngül dəysə və ya yıxılsan, ölməzsən, amma maşın vursa və ya hündür mərtəbədən yıxılsan, ölə bilərsən. Buna görə ehtiyatlı davranmaq lazımdır” və s. Həmçinin, uşağa insanların niyə ağladığı maraqlı olarsa, ona baba (nənə) üçün darıxdıqları üçün ağladıqlarını bildirmək lazımdır”.

Mütəxəssisin sözlərinə görə, uşaq rəhmətə getmiş, babanın (nənənin) yoxluğuna alışmaqda bir müddət çətinlik çəkəcək: “Ola bilər, sualları bir müddət yalnız ölümlə bağlı olsun. Oyunlarında “ölüm”, “dəfn” proseslərini canlandıra bilər, narahat olmayın. Bu, normaldır. Sadəcə onu tək qoymayın. Bütün suallarını cavablandırın. Əgər vəziyyət yaxşı deyilsə, uşaq əziyyət çəkirsə, mütləq bir mütəxəssisə müraciət edin. Uşağı sakitləşdirmək üçün ölən adamın onun yuxusuna gələcəyini və öz yeni dünyasından ona salam gətirəcəyini də deyə bilərsiniz. Və ya göy üzündə parlaq bir ulduz seçib ölən adamı xəyal etməsini, ona olan sözlərini həmin ulduza deməsini izah edə bilərsiniz”.

Sosial

Nəşr edilib: 2018/08/30 14:08

Baxış: 338


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06