“Uşaqların onurğası əyilib, bu qədər kitab olar?” – Niyaməddin Musayev

Xalq artisti Niyaməddin Musayev məktəblərdəki yeni qaydaları tənqid edib.
Minval.info xəbər verir ki, müğənni “Xəbər-ətər” verilişində təhsil ocaqlarında şagirdləri çox yükləmələrindən gileylənib:
“Texnologiya çox inkişaf edib. Baxırsan, indiki uşaqlar çox çey bilir. Əvvəl elə deyildi. Baxıram uşaqların məktəbli çantasına, nə ağırlıqda. Uşaq bunu necə daşısın? Əvvəl 6 kitab olurdu, onun ikisini, ya üçünü aparırdıq. İndi bu qədər kitab olar? Uşağın onurğası əyilir. Bu qədər yüklənmək, maariflənmək… Zaman dəyişib”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

