Uşaqlarına əsəbiləşib, özünü bıçaqladı
Gəncədə bıçaqlanma hadisəsi olub.
Minval.İnfo-nun APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımova Türkan Sahib qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumat görə, qadın övladlarına əsəbiləşərək bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

