Üzeyirdən döyülməsi xəbərinə reaksiya
Müğənni Üzeyir Mehdizadə Moskvada Rəqsanə İsmayılovanın restoranında köməkçisi ilə birlikdə döyülməsi xəbərinə açıqlama verib.
Minval.info-nun məlumatına görə, ifaçı hadisənin qısa mübahisə olduğunu bildirib.
Üzeyir Meydizadə yeni fotosunu paylaşaraq hər şeyin qaydasında olduğunu qeyd edib:
“Sadəcə, yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub, o da dərhal yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içində də iki qardaş arasında söz-söhbət olur. Çox xahiş edirəm, gəlin, uğurlarımız haqda danışmağa üstünlik verək. Şairlə nə dava-dalaş? Səhər-səhər bir şəkil də paylaşdım ki, rahat olasınız”.
Qeyd edək ki, yerli mətbuatda ifaçının döyülməsi ilə bağlı xəbərlər yayılmışdı.
XƏBƏR LENTİ
2025/11/19 14:22

