Uzun illər normal görmək üçün bunları bilməlisiniz – Həkimdən vacib məsləhətlər

“Ən təhlükəsiz  müalicə metodu göz eynəyi, ən effektli olanı isə lazer əməliyyatıdır”

Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirova minval.info-nun suallarını cavablandırıb.

Həmin müsahibəni sizlərə təqdim edirik:

– Həkim, ümumiyyətlə göz xəstəlikləri Azərbaycanda geniş yayılıb?

Bəli, xüsusilə də yaxından görmə- miopiya ölkəmizdə geniş yayılıb. Bu elə bir göz xəstəliyidir ki,  təsvirin tor qişada deyil, onun önündə fokuslaşması nəticsəində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə heç bir problem olmur.  Yaşlı  adamlarda yayılan xəstəliklər arasında mirvari suyu deyilən xəstəlikdən  də çox sayda insan əziyyət çəkir. Əvvəl müayinə zamanı 100 nəfər xəstə arasında 30-da mirvari suyu göz xəstəliyi müşahidə edilirdisə hazırda onların sayı 80 nəfərə çatıb. Həmçinin şəkər xəstələrində də bir başa göz xəstəliyi yaranır. Belə ki, şəkər xəstələrinin göz diblərində proleferatsiya(göz diblərinin qızarması) halları yaranır. Gözlərin sulanması yəni göz quruması xəstəliyi ilə də müraciətlər son zamanlar çoxalıb. Bununla yanaşı, katarakta,  diabetik retinopiya və uşaqlarla bağlı çəpgözlüklə də çox qarşılaşırıq.

– Göz xəstəliklərinə əsasən hansı yaşlarda rast gəlinir?

Ümumiyyətlə, göz xəstəliklərinə bütün yaş kateqoriyalarında  rast gəlinir. Uşaqlarda bu hal 9-14 yaş arasında  baş verir. Bu yaşlarda zəif  görmə  ilə bağlı problemlər  yaranır ki,  bu da   irsi səbəblərdən  eləcə də  kompüter, telefon, planşet  kimi göz üçün təhlükəli şüa  yaradan  texnika  vasitələrindən aşırı dərəcədə istifadəsindən  irəli gəlir.  Daha sonra  40-45 yaşlarda da yaxını  görmə ilə əlaqədar  problemlər yaranır.  Gözlərdə yaxın görmə xəstəlikləri 40-45 yaşdan sonra  cinsindən asılı olmyaraq demək olar ki, bütün şəxslərdə yaşanır. Lakin, yenə də vurğulayıram ki, göz xəstəlikləri müxtəlif yaşlarda  özünü biruzə verir.

– Gözü infeksiyalardan necə qorumaq lazımdır?

Əvvəlcə onu qeyd edim ki,  gözdə infeksiya  əl toxuması vasitəsilə də yoluxur. Sadə bir misal deyim, göz xəstəsi olan bir şəxsin əşyasına toxunduqdan sonra həmin əşyanı istifadə edən və ya toxunan şəxs də avtomatik olaraq əşya sahibinin göz xəstəliyinə yoluxur.  İnfeksiyadan qorunmaq üçün, mütləq ki, gigiyenik normalara əməl edilməlidir.  Əsasən də şəxsi gigiyena qaydalarına. Ailədə  ümumi işlədilən əşyalar məsələn dəsmal evdə göz xəstəsi olduqda ayrıca istifadə olunmalıdır.  Xüsusilə də, ictimai nəqliyyatdan çox istifadə edən şəxslər əllərini tez-tez yumalı və gigiyenik kağız dəsmallarından istifadə etməlidirlər. Üz yuyularkən göz qapaqları və kirpik dibi təmizliyinə diqqətlə yanaşmaq lazımdır.

– İctimai nəqliyyatda kitab oxumaq göz üçün zərərlidir?

Gözə ən böyük zərər istənilən nəqliyat vasitəsində olarkən kitab oxumaqdır. Çünki göz bir obyektə baxaraq ona  adaptasiya  olur.  Bu zaman akumadatsiyon əzələlər yığılaraq  yaxın məsafədə olan obyektə diqqətini yönəldir.  Nəqliyyat vasitəsi hərəkətdə olduğu üçün,  bizim akumadatsiyon əzələlər  sürətli şəkildə  yerini dəyişir gah  sıxılır, gah da  bir az boşalır. Bu zaman isə göz əzələləri gərginləşir. Təbii ki, bütün bu kimi hallar miopiya xəstəliyinə səbəb olur.

-Hansı fəsildə göz həkiminə müraciətlərin sayı artır?

Ən çox yaz və yay aylarında  göz xəstəlikləri ilə bağlı müraciətlər çoxalır.  Bu isə həmin fəsillərdə yaranan allergiya və infeksiyalarla bağlıdır. Fəsil dəyişiklikləri zamanı  yaranan konyuktiv-pollinoz konyuktiviti adlanan xəstəlik bitki tozcuqları ilə törədilir . Bitkilərin, xüsusilə  çöl otlarının, taxıl bitkilərinin, bəzi kol və ağacların çiçəklənməsi zamanı rast gəlinir. Xəstələr daha çox gözlərdə qaşınma,  gözlərin “zığlanması”, qızartı,  gözlərin sulanması  şikayətləri ilə müraciət edirlər.

– Kompüterlə çalışan şəxslər hansı qaydalara riayət etməlidir

Kompüterlə çalışan bütün şəxslər, necə ki,  təhsil sistemində dərslər arası yəni 45 dəqiqədən bir fasilə verilir, onlar da o meyar əsasında fasilə verməlidilər.  Göz əzələsinə  5-10 dəqiqə  zaman müddətində tənəffüs vermədikdə fəsadlar yaranır. Həmin fasilə ərzində  qəti şəkildə  telefona baxmaq və ya yaxın məsafədən hansısa  işlə məşğul olmaq olmaz. Gözlərinə fasilə verən şəxs mütləq uzaq bir məsafəyə baxmalıdır. Göz əzələləri uzaq məsafəyə baxdıqda istirahət edir. Yəni gözlərin əsas funksiyası uzağı görməkdir. Həmçinin nəmləndirici damcılardan da istifadə etmək olar. Çünki monitorun şüası gözlərin qurumasına səbəb olur.  Həmin nəmləndirici damcıların konservantsız formasının istifadəsi məsləhətlidir. Kompüterdə çalışan şəxslərdə adətən göz quruması xəstəlikləri çox təsadüf olunur. Bunun səbəbi isə monitora baxan şəxsin göz qırpmaması və ya az qırpmasıdır. Adətən bu kimi hallar 30-40 santimetrdən yaxın məsafədə monitora baxdıqda baş verir. Onlar hər gün çoxlu su içməlidirlər. Maye qəbulu göz quruması xəstəliyinin müəyyən qədər qarşısını alır.

– Gözdə sulanma halları nəyə işarədir?

Gözün sulanması isə gözün nəmləndirici vəzlərinin özfəaliyyətini azaltmasından irəli gəlir ki, buda bir neçə faktorla əlaqədardı. Soyuğa qarşı allergiyası olan gözlər mütləq şəkildə hava soyuq olduqda və ya külək əsdikdə bu halla qarşılaşır. Xüsusilə də göz sulanmasından şikayətlər Bakı sakinlərindən gəlir. Məlumdur ki, Bakı küləklər şəhəridir və göz allergiyası olan insanlar üçün havası sağlamlıq üçün problem yaradır. Digər bir faktor isə göz quruması sindromudur. Bu hadisə ilə bağlı əsasən klimaks  keçirən qadınlar müraciət edir. Göz selikli qişa olaraq suyun içində olur. Həmin su isə duzsuz saf sudur.  O qurumağa başladıqda isə beyinə siqnal gedir və bu zaman insan ağlayarkən onun gözündən axan duzlu su yəni yaş vəzləri fəaliyyətə başlayır gözləri sulandırır. Gözdən yaş vəzlərinin axması da gözə zərərdir. Göz sulanmasının digər səbəb isə keratit xəstəliyidir. Keratit xəstələri adətən işığa baxan kimi gözləri sulanır.  Yəni heç bir halda göz sulanması müsbət hal deyil. Digər göz xəstəlikləri kimi göz sulanması da mütləq həkim tərəfindən müayinə edilməlidir. Əks təqdirdə, çox ciddi fəsadlar baş verə bilər.

– Eynək, kontak linza və ya lazer korreksiyası hansı müalicə metodları daha effektli və təhlükəsizdir?

Əlbəttə, ən təhlükəsiz müalicə üsulu eynəkdir lakin,  ən effektlisi lazer korreksiyasıdır. Zəif görmənin dərəcəsi az olan şəxslər üçün isə eynək, kontak linzadan istifadə etmələri  məsləhətdir. Zəif görmə bu metodlarla müəyyən zaman sonra bərpa olunur. Miopiyanın dərəcəsi artdıqda isə  göz xəstəsi lazer əməliyyatı olunmalıdır. Bu əməliyyat  18-20 yaşlardan sonra  edilir.  18-20 yaş dövrünə qədər gözlər böyüməyə davam edir. Əgər əməliyyat həmin yaşa çatmadan keçirilsə göz inkişaf edib böyüdükcə miopiya yenidən özünü biruzə verəcək.

– Azərbaycanda ən çox hansı göz xəstəlikləri yayılıb?

Ən geniş yayılan xəstəlik  yaxınlığı görmə problemidir (miopiya). İnsanlar  yaxını görür uzağı görmür.  Və həmçinin bura mirvari suyu, şəkər xəstəliyindən yaranan göz dibindəki xəstəliklər, korneal və ya konyuktival yad cisimlər və keratit kimi digər göz xəstəlikləri ilə də müraciətlər çoxalıb.

– Uzağı görməmək hansı fəsadlara gətirib çıxara bilər?

Uzağı  görməmək  və onu eynəklə korreksiya etməmək  o fəsadlara gətirib çıxarır ki, o xəstəliyin dərəcəsi həddindən artıq yüksəlir və miopiyanın yaranmasına səbəb olur. Uzağı görməyən insanlara vaxtında müdaxilə etmədikdə  gözlərinin tor qişasında, göz diblərində elə bir problemlər yaranır ki, onun qarşısını almaq çətinləşir.

– Gələcək illər üçün azərbaycanlıların göz  səhhəti ilə bağlı hansı proqnaozları verə bilərsiniz?

Oftalmoloq həkim olaraq gündəlik həyatda  apardığım müşahidələr heç də yaxşı bir proqnoz verməyə imkan vermir. Düşünürəm ki yaxın 10 il müddətində məktəblilərin böyük əksəriyyəti eynəklə gəzəcək. Burada isə daha çox günah valideyinlərdə olur. Uşağı 1 yaşından sonra televizora baxmağa cəlb edirlər, nadinclik etməsin deyə telefon və ya müxtəlif kompüter  oyunlarına  sövq edirlər təbii ki, bütün bunlar yeni nəslin göz xəstəliklərinə səbəb olur. Uşaqlar təmiz havada gəzməlidir, uzaq məsafələr baxmalıdır. Valideyinlər mütləq şəkildə uşaqları ilə şəhərdə gəzərkən uzaq məsafələrdə yazılan yazıları və ya obyektləri soruşmalıdır. Çünki gözün əsas funksiyası uzağı görməkdir əgər uşaqda belə bir problem varsa həkim oftalmoloqa müraciət edilməlidir.

 

Zeynəb
Minval.İnfo

Səhiyyə

Nəşr edilib: 2018/02/24 14:22

Baxış: 639


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06