“Uzunmüddətli dostluq, anlayış və ailə…” – Fotolar

Rəqqasə-aktrisa Oksana Rəsulova aparıcı Şəhriyar Əbilovun etirafından sonra sosial şəbəkədə paylaşım edib.
MİNVAL.İNFO xəbər verir ki, Oksana birlikdə şəkillərini yayımlayaraq “Bax belə… Uzunmüddətli dostluq, sayqı, anlayış və ailə” qısa şərhini yazıb.
Şəhriyar da həyat yoldaşının paylaşımını cavabsız qoymayıb. O, Oksanaya “Yaxşı ki, siz varsınız: sən və Osmanım” reaksiyasını verib.
Qeyd edək ki, Oksana və Şəhriyar cütlüyünün Osman adlı oğlu var. Rəqqasə ana olduqdan sonra uşağının atasının kim olduğunu gizlədib. O, açıqlamalarında övladının atasının Türkiyədə yaşayan azərbaycanlı iş adamı olduğunu bildirmişdi. Ötən gün isə Şəhriyar “Tam vaxtıdır” proqramında Oksana ilə 4 il əvvəl ailə qurduqlarını açıqlayıb.
NƏRMİNƏ AYDINQIZI
XƏBƏR LENTİ
2025/11/19 14:22







