Üzünü it parçalayan uşağın vəziyyəti ilə bağlı nazirlikdən açıqlama
Minval.info // Ötən gün Bakıda – Sulutəpə ərazisində itin hücumuna məruz qalan azyaşlının vəziyyəti yaxşıdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən uşağın səhhəti qənaətbəxşdir.
“Uşağa vaksinlər vurulub. Hazırda normal palatada müalicəsi davam edir”.
Xatırladaq ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Ərazidəki it 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edərək yanağını parçalayıb. Həkimlər onun yanağının parçalanmış hissəsini tikərək bərpa edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

