Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə həlak oldu

Minval.info xəbər verir ki, hadisə Abşeron rayonunun Novxanı ərazisində baş verib.
“Sunset” çimərliyində 1997-ci il təvəllüdlü Cəfərzadə Pərviz Musa oğlu çimərkən batıb.
Hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
24 yaşlı gəncin cansız bədəni sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki. P.Cəfərzadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

