Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini olan döyüşçü Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib. P. Tağıyev Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhid bu gün 14.00-da Şəhidlər xiyabanında dəfn olunacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

