Vətəndaşlarımız 4-5 min manata görə ölür – Yardım kampaniyaları tibbi sığortanı əvəz edir

Son zamanlar sosial şəbəkədə “yardım kampaniyaları”nın sayı artmaqdadır. Ağır xəstəliyi olanlar imkansızlıqdan son çarə kimi sosial şəbəkələrə üz tuturlar.

Dünyada bir çox ölkələrinin səhiyyə sistemi sığorta üzərində qurulub. Tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır. Maraqlıdır ki, Azərbaycanda icbari tibbi  sığortanın tətbiqi üçün 20  ilə yaxındır ki, qanunvericilik bazası yaransa da,  təssüf ki, hələ də bu mexanizm işə salınmayıb.

Bu barədə ölkə prezidentinin xüsusi sərəncamı olmasına baxmayaraq, onun tətbiqi ilə bağlı hələ də  addımlar atılmayıb.  Nəticədə səhiyyə sistemimizdə çoxlu sayda neqativ hallar yaranır. Əksər hallarda xəstə ilə həkim arasındakı anlaşılmazlıqlar məhz tibbi sığortanın olmamasından qaynaqlanır.

Hələ  2017-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da bildirmişdi ki,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saxlanılması üçün büdcədən müəyyən vəsait ayrılıb.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı Prezident İlham Əliyev fərman da imzalayıb. Fərmanda icbari tibbi sığortanın həyata keçirilməsinin mexanizmi öz əksini tapıb. Pilot layihənin Yevlax və Mingəçevirdə həyata keçirilməsi nəzrədə tutulub. Bunlar üçün də 10 milyon manat ayrılıb.

Qeyd edilən məsələ ilə bağlı Minval.info saytı  tibb elmləri doktoru, professor Adil Qeybullanın və tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayılın fikirlərini öyrənib.

“Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, kimsə xəstəliyi ilə əlaqədar sosial şəbəkələr vasitəsilə yardım dilənsin”

Adil Qeybullanın fikrincə, insanların belə yardım kampaniyaları toplaması təqdiredilən deyil. O, icbari tibbi sığorta sisteminin vacibliyini vurğulayıb:

“Məsələ burdadır ki, mən sosial şəbəkədə insanların bu cür yardım diləmələrini heç cür təqdir eləmirəm. İcbari tibbi sığorta mütləq olmalıdır. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, kimsə xəstəliyi ilə əlaqədar sosial şəbəkələr vasitəsilə yardım dilənsin. Vətəndaşın sağlamlığının qorunması funksional punktdur. İcbari tibbi sığorta sosial müdafiənin mühüm bir elementi kimi mütləq tətbiq olunmalıdır. Hər bir vətəndaşın qorunması bir sistem olmalıdır. Baxmayaraq ki, 1999-cu ildən Azərbaycanda Prezident bu barədə fərman imzalayıb, amma hələ də mühüm addım atılmayıb. Çox vaxt həkim və xəstə arasında çıxan problemlər də icbari tibbi sığortanın olmamasından qaynaqlanır”.

Digər bir tibbi ekspert, tibb elmləri üzrə fəlsəfə doktoru  Vasif İsmayıl isə düşünür ki, sosial şəbəkələrdə yardım kampaniyalarının artması başadüşüləndir:

“Mən sosial şəbəkə vasitəsilə  ianə toplanmasını normal qəbul edirəm. Tibdə elə xəstəliklər var ki, əməliyyat etdirmək üçün ən imkanlı adamın belə pulu çatmaz. İcbari Tibbi Sığorta-National Health Service  insanlara təməl tibbi xidmətin verilməsinə çalışır.  Azərbaycanda İcbari Tibbi Sığorta sisteminin hekayəsi bir az başqadır. Əvvəlki  sovet  sistemindən fərqlənir.  Əvvəlki  sistemdə tibbi sığorta xidməti büdcədən maliyyələşirdi, amma indi çalışırlar ki, bu xidmət  büdcədən maliyyələşməsin, insanlardan toplanan müəyyən sığorta pilimləri ilə maliyyələşsin.  Azərbaycanda  artıq bu proses başlayıb. Mingəçevir və Yevlax pilot bölgə seçilib. Orada 2017-ci ilin sonuna qədər  müəyyən işlər getdi. Deyəsən,  bunun haqqında qərar çıxmadı, amma 2018-ci ildə də eyni proseslər  davam edəcək. Lakin hələ bəlli deyil ki, bu sistem bütün Azərbaycana  tətbiq ediləcəkmi? Deyəsən yenə bir neçə bölgədə əlavə edəcəklər”.

Ekspert eyni zamanda ölkəmizdə insanların da tibbi sığorta sisteminə biganə yanaşdığını vurğuladı:

“Onu da nəzərinizə çatdırım ki,  proses çox yavaş gedir. Məncə, biz bu məsələdə çox gec qalmışıq. Düşünürəm ki, insanlarımızın da bir az bu məsələyə tələbi zəifdir. Daha çox tələb eləsələr, dövlət də  tibbi sığortanın  Azərbaycanın  digər bölgələrinə tətbiqini sürətləndirər”.

“Hökumət əgər bunu həyata keçirsə, Azərbaycanda ictimai gərginlik çox ciddi şəkildə azalar”

Həmçinin həkim-ekspert düşünür ki, İcbari Tibbi Sığorta sisteminin tətbiqi ölkədə gərginliyin də azaldılmasına kömək edə bilər:

“Əslində bugünkü  İcbari Tibbi Sığorta sisteminin tətbiqi  Azərbaycan səhiyyə sisteminin  islahatıdır. Yəni, biz bunu ancaq tibbi sığortanın tətbiqi kimi başa düşürük, amma bu, eyni zamanda  xəstəxanalarımızda baş verən neqativ halların  qarşısının alınmasıdr. Ona görə islahlar da  çox çətin keçir. Hətta islahat aparılan xəstəxanalarda da çox ciddi müqavimət var.

Düzdür,  İcbari  Tibbi Sığorta Azərbaycan səhiyyəsinin bütün problemlərini həll etmir, amma onun həllində çox ciddi  kömək edir. Bu gün İcbari Tibbi Sığortanın uğurlu tətbiqi ictimai gərginliyin azaldılmasında ən vacib aspektdir. Hökumət əgər bunu həyata keçirsə, Azərbaycanda ictimai gərginlik çox ciddi şəkildə azalar”.

“Bir həkim kimi deyə bilərəm ki, sistemin tətbiqi şəxsən mənə sərfəli deyil. Çünki mən daha çox işləyəcəyəm  və daha az qazanacağam”

Vasif İsmayıl onu da bildirib ki, bu sistemin bütün ölkədə əsaslı tətbiqi həkimlərin gəlirinə də təsir edə bilər:

“Bir həkim kimi deyə bilərəm ki, sistemin tətbiqi şəxsən mənə sərfəli deyil. Çünki mən daha çox işləyəcəyəm  və daha az qazanacağam. Amma  mən bir insan, həkim kimi sadəcə özümü düşünməməliyəm.  Mənim gəlirim azalacaq, amma insanlar üçün faydalı olacaq. Digər tərəfdən mən özüm də icbari tibbi sığortadan yararlana bilərəm. Çünki mən həkim olmağıma baxmayaraq öz tibbi xidmətlərimi özüm qarşılayıram. Bu həm də bir vətəndaş kimi mənim də maraqlarıma xidmət edir”.

Doktor eyni zamanda ağır onkoloji xəstəliklərin icbari tibbi sığorta xidmətinə daxil olmadığını da sözlərinə əlavə edib:

“Azərbaycanda ağır xəstəliklərlə əlaqədar onkoloji xidmət var. Azərbaycan höküməti onsuz da onkoloji xidmətin pulsuz olduğunu elan edib. Ona görə də, onkoloji xidmət icbari tibbi sığortaya daxil deyil. Çünki onkoloji  xidmət haqqında xususi qanun qəbul edilib. Bunu həyata keçirən müəyyən qruplar var. O qrupların icbari tibbi sığorta ilə  heç bir əlaqəsi yoxdur. İcbari tibbi sığorta digər xəstəliklərə aiddir.

Lakin bir məsələ var ki, pilot layihədə  bütün xəstəliklər daxil edilib. Amma icbari tibbi sığorta paketində hər cür xidmət olmayacaq. Bunun  hamısını dövlətin ödəməsi mümkün deyil. Çünki Azərbaycan büdcəsinə o qədər də pul yığılmır. Heç icbari tibbi sığortanın büdcəsi  məsələsi heç müzakirə də olunmur. Amma bu məsələ daima gündəmdə qalmalıdır, xatırlanmalıdır ki, proses də sürətlənsin. Mən də bir həkim olaraq icbari tibbi sığortanın tətbiqini dəstəkləyirəm”.

Leyla Əfqan

Minval.İnfo

Səhiyyə, Vacib

Nəşr edilib: 2018/01/26 10:37

Baxış: 589


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06