“Vətəndaşlarımıza ciddi həmrəyliyə görə təşəkkür edirik” – Ramin Bayramlı

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı 6-8 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən küçəyə çıxma qadağasına əməl edən vətəndaşlara Operativ Qərargah və bütün həkimlər adından təşəkkür edib.

R.Bayramlı “Qafqazinfo”ya müsahibəsində bildirib ki, sərt karantin rejimi tətbiq edilən yerlərdə əhali həmrəylik nümayiş etdirərək qaydalara əməl edib:

“Bildiyiniz kimi, Operativ Qərargahın qəbul etdiyi qərarla ötən həftə sonu ölkəmizdə əvvəlcədən müəyyən olunmuş klastrlar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda küçəyə çıxma qadağası tətbiq edildi. Bir daha bildirək ki, verilmiş qərar ciddi elmi statistik təhlillərə əsaslanaraq verilmişdi. Həftəsonu tətbiq olunan küçəyə çıxma qadağası ümumilikdə bizim arzu etdiyimiz istiqamətdə getdi. Fürsətdən istifadə edərək əziz vətəndaşlarımıza, hörmətli həmvətənlərimizə Operativ Qərargah adından, Operativ Qərargahın Tibbi bölməsi adından, bütün Azərbaycan həkimləri və tibb işçiləri adından təşəkkürümüzü bildiririk. Həqiqətən də vətəndaşlarımız çox ciddi həmrəylik nümayiş etdirdilər. Demək olar ki, əksəriyyət tətbiq olunan sərt karantin rejiminin tələblərinə əməl etdi. Bizə gələn çoxsaylı müraciətlərdə, sosial media üzərindən ünvanlanan müraciətlərdə hər kəs bundan məmnunluğunu ifadə edirdi. Cəmiyyətimizin bütün kəsimləri qeyd edirdilər ki, buna ciddi ehtiyac var, digər həmkarları da buna əməl etməyə dəvət edirdilər.

Gündəm, Vacib

Nəşr edilib: 2020/06/08 16:13

Baxış: 165


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06