Vətəndaşların pulunu mənimsəyən lombard sahibi yoxa çıxıb – Video
Bakıda “Lombard”dan qızıl qarşılığında pul götürən şəxslər indi qızıllarını geri ala bilmir.
Minval.info-nun Baku TV-yə istinadən xəbərinə görə, şikayətçilər deyir ki, lombard sahibləri mağazanı bağlayıb, zənglərə isə cavab vermirlər.
Sakinlər deyirlər ki, həmin şəxslər 100-ə yaxın vətəndaşı aldadıb. Adıçəkilən lombardın sahibini tanıdığını deyən Zəminə Məhərrəmova bildirir ki, həmin qadın ona qarşı da dəfələrlə dələduzluq edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

