Vəzifə başında ölən və öldürülən məmurlar – FOTOLAR
Bir müddət əvvəl Azərbaycanda Səhiyyə nazirinin vəzifədə olan müavini 71 yaşlı Abbas Vəlibəyov dünyasını dəyişmişdi.
Həm ölkəmizdə, həm də dünyada yaşından asılı olmayaraq dövlət məmurları, nazirlər hətta prezidentlər belə vəzifəsini icra etdiyi zaman qəfildən dünyalarını dəyişirlər.
Minval.info yaxın tarixdə vəzifə başında dünyasını dəyişən, kreslosunu qəfildən boş qoyan dövlət məmurları barədə məlumat verir:
Ölkəmizdən başlasaq 2017-ci ildə Energetika naziri Natiq Əliyev vəzifədə olduğu müddətdə ürək problemlərindən əziyyət çəkdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Türkiyədəki xəstəxanaların birində müalicəsi davam etdirilən nazirin həyatını xilas etmək mümkün olmamışdı.
2014-cü ildə dünyasını dəyişən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev də vəzifə başında həyatını itirən yüksək rütbəli məmurlardan biridir.
Dünyada isə dövlət rəsmiləri bəzən öz əcəlləri ilə, bəzən isə rəqiblərinin, ya da ölkəni qatmaq istəyənlərin sui-qəsdi ilə ölür.
Əcəlin vəzifədən ayırdığı dövlət adamlarından biri Türkmənistan prezidenti Saparmurat Niyazovdur. 2006-cı ildə ürək tutmasından dünyasını dəyişən Türkmənbaşı 1991-ci ildən bu vəzifəni yerinə yetirib.
1990-cı ildən ölkəni idarə edən Özbəkistan prezidenti İslam Kərimovu da kreslosundan ancaq ölüm ayıra bilib. 2016-cı ilin avqustunda qəfildən halı pisləşən 78 yaşlı Kərimov beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Ölümü ilə postu boş qalan digər bir dövlət xadimi isə Venesuelanın prezidenti Uqo Çavezdir. Öz siyasi rəqibini geridə qoyaraq prezident seçilən ancaq xəstəliyi səbəbi ilə andiçmə mərasiminə qatıla bilməyən Uqo Çavez uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişib. Seçkidə qalib gəlib rəsmi lider olsa da, vəzifəsini yerinə yetirə bilmədən vəfat edən 59 yaşlı Uqo Çavez bundan əvvəl artıq 3 dəfə bu vəzifəni icra etdiyi üçün elə də nakam getməyib.
İşlərini yarımçıq qoyub həyatdan köçən Gürcüstanın 4-cü Baş Naziri Zurab Jvaniyanın ölümü ilə bağlı bir sıra gizlinlər var. Rəsmi açıqlamalarda Gürcüstanın Kvemo Kartli regionun rəsmisi Raul Usupovla birlikdə dəm qazından öldüyü deyilən Baş Nazirin ailəsi ona qəsd edildiyini iddia edib. İllər sonra hadisə yerində qarşılaşdığı mənzərə barədə danışan Jvaniyanın cangüdəni, onun Usupovla sevgili olduğunu və həmin evdə gizlincə görüşdüklərini açıqlayıb. Cangüdənin sözlərindən sonra keçmiş nazirin qardaşı “Mən homoseksuallığı iyrənc hesab edirəm və əgər qardaşım da belə olubsa, ailəmizin şərəfini kirlədib”.

Energetika naziri Natiq Əliyev
Müəmmalı ölümü ilə vəzifəsini tərk edən dövlət xadimlərindən biri isə Türkiyə Respublikasının 8-ci prezidenti Turqut Özaldır. Turqut Özal 17 aprel 1993-cü ildə 5 ölkəni əhatə edən 12 günlük Türküstan səyahətindən sonra vəfat edib.
Özalın bir sui-qəsdə qurban getmiş ola biləcəyi ehtimalı illərdir müzakirə edilir. Turqut Özalın içkisinə qatılan zəhərlə öldürüldüyünü iddia edən həyat yoldaşı Səmra Özal sübut olaraq saç nümunəsinin ABŞ-da yoxlatdırdığını bildirib. 2 oktyabr 2012-ci il tarixində mərhum prezidentin qəbri 19 ildən sonra açılıb və araşdırmalar nəticəsində bədəndə zəhərin tapıldığı, lakin Özalın zəhərdənmi, yoxsa başqa səbəbdənmi öldüyünün müəyyən olmadığı bildirilib.
ABŞ prezidentləri Abraham Linkoln və Con Kennedi kimi İsrailin Baş Naziri İshaq Rabin də sui-qəsdlə həlak olub.
1995-ci il noyabrın 4-də Tel-Əvivdə Çar meydanında Rabinin nitqini eşitmək və ona dəstək verməkdən ötrü yüz min adam meydana yığışmışdı. Rabin nitqini sülh barədə sözlərlə bitirib camaatla vidalaşıb öz maşınına doğru gedib.
Özünü rəsmi sürücülərdən biri kimi qələmə verən qatil Amir nazir maşına minmək istəyərkən beş metrdən az məsafədə 3 dəfə atəş edir. Güllələrdən ikisi Rabinin kürəyinə dəyir, üçüncü güllə isə cangüdən Yoram Rubinin sol əlinə dəyir. Yaralı cangüdən Rabini maşına qoyub böyük bir sürətlə yaxınlıqdakı xəstəxanaya aparsa da, baş nazir 2 saat sonra ölür.
Dəniz
Minval.İnfo



