Vahid Ələkbərovdan nefin qiyməti ilə bağlı proqnoz
“OPEK+ sövdələşməsi sayəsində 2019-cu ilin sonundadək neftin qiyməti 60 dollar səviyyəsində qorunub saxlanılacaq”.
“Qafqazinfo”nun məlumatına görə, bunu “Rusiya energetika həftəsi” beynəlxalq forumunda “Lukoyl”un rəhbəri Vahid Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, bazarın sabitliyi OPEK+ sövdələşməsi sayəsində qorunub saxlanılacaq. Qiymət 60 dollar civarında dəyişəcək. Bu, o qədər də böyük fərq deyil”, – o bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

