“Valensiya” futbolçusuna 150 milyon avro qiymət qoydu
“Valensiya” yarımmüdafiəçisi Karlos Solerlə müqavilə yeniləyib.
Minval.info goal.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
22 yaşlı ispaniyalı futbolçu klubu ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb. Yeni anlaşmaya əsasən, Soleri heyətində görmək istəyən klub “Valensiya”ya 150 milyon avro təzminat ödəməlidir.
İspaniyanın U-19 və U-21 yığmalarında oynamış Soler “Valensiya”nın öz yetirməsidir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

