Valideynlərin DİQQƏTİNƏ! Son dərəcə TƏHLÜKƏLİDİR… – Nə etməli? (CAVAB)

Son zamanlar cizgi filmlərin uşaqlara mənfi təsir etməsi barədə müzakirələr gedir.

Ekran işlərinin şiddət, qorxu, pis vərdiləşlər aşılaması narahatlıq doğurub. Xüsusən “Youtube”da yerləşdirilən cizgi filmlərinin təhlükəli olduğu deyilir.

Minval.info xəbər verir ki, bununla bağlı gənc yazar Kəramət Böyükçöl başına gələnlər barədə söhbət açıb.

Yazar bildirib ki, övladı “Youtube”da cizgi filmlərə baxdıqda sakitləşir. Lakin oğlunun davranışlarından sonra ciddi narahat olduğunu söyləyib: “O günü görürəm ki, uşaq darağı əlində bıçaq kimi tutub qarnıma soxmaq istəyir. Ağzı ilə də “xırt, xırt” edir. Yaxınlarda isə təsadüfən, oğlumla birlikdə mən də cizgi filminə baxdım, gördüm ki, multikin arasında reklamlar yerləşdirirlər, uşaq atasını bıçaqlayır, atası ölür. Uşaq bıçağı götürüb öz boğazına soxur və s. Dəli oldum…”

Minval.info məsələ ilə əlaqədar psixoloq Aysel İsgəndərlinin fikinlərini öyrənib.

Mütəxəssisin sözlərinə gör, cizgi filmlər uşaqlara son dərəcədə neqativ təsir qoyur:

“Xüsusilə yeni ekran işləri şiddətə yönəlikdir. Uşaqların da buna uyğun hərəkətlərinin şahidi olmuşuq. Təəssüf ki, valideynlər bəzən vaxt azlığından, bəzən isə uşaqlarını başlarından etmək üçün əllərinə mobil telefon və ya tablet verirlər. Sözsüz ki, onların baxdıqları əsasən cizgi filmlərdir. Yeni ekran işləri isə adi bloqerlər tərəfindən istədikləri kimi hazırlanıb internetə yüklənilir. Onların hazırladıqları cizgi filmlərdə isə şiddət, avtomobili yüksək sürətlə idarə etmək, adam öldürmək, kiminsə kimisə qaçırması və s. yer alır”.

Aysel İsgəndərli bildirib ki, uşaqlar 3-6 yaşlarında gördüklərini təkrarlayırlar və həmin dövrdə valideynlər övladlarına vaxt ayırmadıqda onlar belə cizgi filmlərin neqativ təsirinə düşür:

“Ümumiyyətlə, 0-3 yaşınadək uşaqlar elektronikadan mümkün qədər uzaq saxlanılmalıdır. Təktərəfli ünsiyyət vasitəsi olduğundan çox zaman bu, uşaqlarda nitqin ləngiməsinə gətirib çıxarır. Müəyyən çərçivə daxilində düşməyə başlayırlar. Öz təxəyyüllərini inkişaf etdirə bilmirlər. Təəssüflər olsun ki, valideynlər övladları ilə maraqlanmaq əvəzinə onları sakitləşdirməyin yollarını axtarırlar. Bu da neqativ halların ortaya çıxmasına səbəb olur”.

Mütəxəssis qeyd edib ki, valideynlər övladlarının izlədiyi hər bir videoya diqqət etməlidir: “Çünki müəyyən videoları seyr edən uşaqların bəzilərində aqressivlik, bəzilərində isə əksinə, utanğaclıq, qorxaqlıq və s. yaranır. Hətta şahidi olmuşam ki, uşaq adi hərəkətdən qorxaraq qışqırmağa başlayır və bunu hansısa cizgi filmdə gördüyü hadisəyə bənzədir. Uşaqların həmin yaş dövründə yaddaşları güclü olur və gördükləri şüuraltında qalır. Həmçinin reallıqla beyninda qalanları qarışdırır”.

A.İsgəndərli vurğulayıb ki, valideynlər özləri bildiyi cizgi filmləri, videoları seçib fləşkarta və ya diskə yükləməlidirlər: “Bundan sonra uşaqlar həmin cizgi filmlərə baxa bilərlər. Ən əsası ilə valideylərin övladları ilə maraqlanmsı və onlarla birgə vaxt keçirməsidir.

Samir Mirzə / Minval.info

Gündəm

Nəşr edilib: 2018/03/01 15:29

Baxış: 864


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06