Valideynlərini hərəkətləri ilə rəzil edən məşhur övladları – FOTOLAR

Hər kəs övladının örnək, tərbiyəli və ya ən azından xeyirli olmasını arzulayır.

Xüsusilə məşhur şəxslər övladlarını onların adlarına xələl gətirməməsi üçün tez-tez tənbeh edir. Ancaq heç də bütün övladlar bu tənbehlərə qulaq asmır və örnək olmayan hərəkətlərlə məşhur valideynlərin adlarının pis cəhətdən hallanmasına səbəb olur.

Minval.İnfo bu məqalədə valideynlərini biabır edən məşhurların övladlarından bəhs edəcək.

Ceki Çanın oğlu Ceysi Çan

Jaycee Chan ile ilgili görsel sonucu

Çində Narkomaniyaya qarşı kampaniyalarda tez-tez iştirak edən Ceki Çan ölkəsində qəhrəman kimi tanınır. Lakin onun oğlu Ceymi Çan atasının tam əksi olaraq Narkotik alveri ilə məşğul olub və bu səbəbdən bir neçə dəfə həbs olunub. Ceki Çan müsahibələrinin birində oğlundan utandığını bildirib.

Tom Henksin oğlu Çet Henks

chet hanks ile ilgili görsel sonucu

Məşhur aktyorun oğlu narkotik aludəçisi olub. Atasının dəstəyi ilə bir neçə dəfə bu asılılıqdan qurtulduğunu elan etsə də, sonralar yenə də asılılığın davam etdiyi məlum olub. Hazırda o, reabilitasiyada müalicə olunur.

Tomi Hilfigerin oğlu Riçard Hilfiger

richard Hilfiger ile ilgili görsel sonucu

Məşhur dizayner və brendin sahibi Tomi Hilfigerin oğlu Riçard Hilfger xarici mediada tez-tez gündəm olub. Narkotik aludəçisi olan Riçard Hilfiger bundan başqa bir neçə dəfə kameralara biabırçı vəziyyətdə görüntülənib.

Hulk Hoqanın oğlu Nik Hoqan

İlgili resim

Bir çoxlarımızın “WWE Smackdown”dan tanıdığımız Hulk Hoqanın oğlu məsuliyyətsiz hərəkətlərilə tez-tez gündəmə gəlib. İçkili halda maşınını divara çırpan Nik özü xəsarət almasa da, dostunun ölümünə səbəb olub. Məhkəmə bu səbəblə onu 8 ay həbs cəzası ilə cəzalandırıb.

Marlon Brandonun oğlu Kristian Brando

Christian Brando ile ilgili görsel sonucu

Xaç atası filmindən tanıdığımız məşhur aktyorun oğlu Kristian Brandonun gənc yaşda ölümü onu ən çox sarsıdan hadisə olub. Cinayət törətdiyindən həbsə girən Kristian azad olduqdan sonra ağ ciyər xərçəngindən vəfat edib.

Maykl Coronun oğlu Markus Cordon

marcus jordan ile ilgili görsel sonucu

Təkcə idmançı kimi yox, həm də şəxsiyyət kimi çox sevilən Maykl Cordon oğlunun hərəkətlərindən ən çox zərər çəkənlərdən biri olub. Küçədə qadınlarla dalaşmaqdan tutmuş, sosial şəbəkədə cinsi orqanının şəklini paylaşmağa qədər iyrənc hərəkətlər etmiş Markus, bu mənada ən çox tanınan məşhur övladlarından biridir.

Niklas Keycin oğlu Ueston Coppola Keyc

Weston Coppola Keyc ile ilgili görsel sonucu

Məşhur aktyorun oğlu Metal Rok həvəskarıdır. Narkotik aludəçisi olan Uestonun adı  indiyə qədər bir çox qalmaqalda hallanıb. Bir neçə dəfə qadınlara qarşı zorakılıq edən Uestonun atası ilə arası narkotik həddini aşdıqdan sonra dəyib. Narkotikin təsiri ilə həyat yoldaşını döyən Uestonun o gündən sonra atası ilə əlaqəsi kəsilib.

Tamerlan Mehdi

Minval.İnfo

Dünya

Nəşr edilib: 2018/04/14 13:40

Baxış: 813


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06