VAR-la bağlı yeni qərar: hakim qərarını dəyişsə, nə olacaq?
Avropanın bir çox ölkəsində olduğu kimi, İngiltərədə də VAR sistemindən istifadə ediləcək.
Goal.az-ın məlumatına görə, bu sistem ilk olaraq İngiltərə Federasiya Kubokunun yarımfinal oyunlarında iş başında olacaq.
Yerli futbol federasiyasının qərarına görə, oyunlar zamanı VAR-dan istifadədən sonra hakimin qərarı dəyişərsə, həmin epizod tribunalardakı azarkeşlərə böyük ekran vasitəsilə göstəriləcək. Aprelin 6-da və 7-də “Uembli” stadionunda keçiriləcək yarımfinal oyunlarında Manchester City Brighton-la, Watford isə Wolverhampton-la qarşılaşacaq.
Qeyd edək ki, gələn mövsümdən İngiltərə Premyer Liqasında VAR-dan istifadə olunacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

