Vegeterian kabab iyinə görə qonşusunu məhkəməyə verdi
Maraqlı hadisə Avstraliyada baş verib. Vegeterian qadın qonşusunu kabab iyinə görə məhkəməyə verib.
Bizimyol.info xəbər verir ki, masajçı işləyən Silla Karden qonşusunun ona rahat yaşamağa imkan vermədiyini bildirib. Kabab iyi vegeterian qadını çox narahat edir. Buna görə də Pert Qirrouhindəki qonşusunu məhkəməyə verib.
“Mən balıqdan başqa heç nə hiss etmirəm. Arxa həyətdən zövq ala bilmirəm… Yata bilmirəm”, – Silla belə deyib.
Amma Kardeni təkcə kabab iyi narahat etmir. Massajçı qadın deyir ki, qonşusu onun ərazisində siqaret çəkir, axşamlar da od qalayır, uşaqlar çox səs salır.
Vegeterian qadın istəyinə çata bilməyib. Qərbi Avstraliya inzibati tribunalı onun iddiasını qəbul etməyib. Çünki ortada konkret qanun pozuntusu yoxdur. Ali məhkəmə də apelyasiya şikayətinə məhəl qoymayıb.
Sillanın qonşuluğundakı ailə iddia barədə danışmaq istəməyib. Sadəcə deyiblər ki, şikayət əsassızdır.


