“Vergi qanunvericiliyində xeyli dəyişikliklər gözlənilir”

Image result for Qubad İbadoğlu“Bildiyim qədər Vergilər Nazirliyi öz sahəsində maraqlı dəyişikliklər aparmağı planlaşdırır. Bu dəyişiklərin istiqamətlərini Vergilər naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin son müşavirəsindəki çıxışında görmək mümkündür”.

Minval.info xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu qeyd edib. Ekspert hesab edir ki, sadələşdirilmiş verginin tətbiq dairəsi məhdudlaşdırılacaq, onun üçün qaydalar sərtləşəcək:

“Nazir bildirib ki, sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır. Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir. Görünən odur ki, nazirlik gələn il üçün maraqlı təkliflər hazırlayır, çox güman ki, sadələşdirilmiş verginin tətbiq dairəsi məhdudlaşdırılacaq, onun üçün qaydalar sərtləşəcək”.

İbadoğlunun təhlillərinə görə, bu növ verginin ödəyicilərinin sayı çoxalsa da onların büdcəyə töhfəsi gözlənilən qədər deyil:

“Odur ki, mən sadələşdirilmiş verginin tətbiq dairəsini daraldan yeni mexanizmlərin işə salınmasına etiraz etmirəm. Eyni zamanda bildirmək istəyirəm ki, vergi siyasətini yalnız fiskal məqsədlər üzərində qurmaq düzgün deyildir. Sadələşdirilmiş vergi ödəyicilərinin uçot əməliyyatlarının daha sadə və az xərcli olması kiçik və orta sahibkarlığın inkişafı baxımında xeyli əhəmiyyətlidir”.

“Birincisi, Vergilər Nazirliyinə sadələşdirilmiş vergini qüvvədə saxlamaqla yanaşı, onun dərəcəsini aşağı salmalı, bəzi sahələrdə fəaliyyət göstərən mini və kiçik müəssisələr, fərdi sahibkarlar üçün patent vergi sisteminin (PVS) tətbiqini təklif edirəm (Qeyd edim ki, bu barədə təklifimi əvvəlki nazirin dövründə də təqdim etmişəm). PVS-in ödəyiciləri illik, rüblük, aylıq patentlər almaqla uçot aparmadan fəaliyyət göstərə bilərlər. PVS sertifikatı alan sahibkarlar həm də həmin dövrdə əlavə vergi yoxlamalarından azad olurlar. Bu həm də kiçik təsərrüfat subyektlərinin və fərdi sahibkarlarının Vergilər Nazirliyinə inam atmosferinin yaradılmasına, qarşılıqlı etimadının artırılmasına, ən əsası da vergilərin könüllü ödənilməsinə keçid mədəniyyətinin formalaşdırılmasına xidmət edə bilər”.

İkincisi, gizli iqtisadiyyatın miqyaslarının kiçildilməsi üçün həm Vergilər Nazirliyi banklara, banklar da öz növbəsində müştərilərə, eləcə də pərakəndə ticarət və ictimai-iaşə müəssisələrinə təşviqedici mexanizmlər tətbiq etməli, nağdsız ödənişləri stimullaşdırmaq üçün belə əməliyyatlar üzrə onlara müddətli vergi güzəştləri verilməlidir.

Üçüncüsü, ƏDV dərəcələrinin differensiallaşdırılmasının da vaxtı çatıb.

Nəhayət, fiziki şəxslərin gəlir vergisindən daha çevik tənzimləyici aləti kimi istifadə edilməlidir” – Qubad İbadoğlu qeyd edib.

İqtisadiyyat

Nəşr edilib: 2018/10/10 12:36

Baxış: 387


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06