Verilişdə gəlin qayınanasının qarşısında diz çökdü: “Yalvarıram sənə…” – VİDEO)
Space Tv-də Amil Xəlilin “Gəl dərdini danış” verilişində növbəti maraqlı anlar qeydə alınıb.
“Minval.info” xəbər verir ki, bir neçə ay əvvəl 4 ildən çoxdur övladını görməyən Mələkxanım Amil Xəlilin sayəsində balasına studiyada qovuşmuşdu.
Qayınana isə nəvəsini gəlinə verməyəcəyini bildirmişdi. Səbəb kimi də, onu körpə yaşlarında atıb getməsini göstərmişdi. Amma Mələkxanım balasını atmadığını, dəfələrlə arxasınca gəldiyini, amma uşağı evdə tapmadığını bildirib.
Ötən gün Ali məhkəmənin qərarı ilə uşaq anaya verilib. Yenidən görüşən ailələr balaca İlahənin gələcəyindən danışıblar. Amma qayınana yenə də uşağı anaya verməyəcəyini bildirib. Ana isə son anda maraqlı addım atıb. Balasına görə qayınanası Rəsmiyənin qarşısında diz çöküb və yalvarıb..” Xahiş edirəm, balamı məndən ayırma. Yalvarıram”.
Dəhşətli anların yaşandığı həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 15:25 də Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır…
“Minval.info”

